Trampın İspaniyanı NATO-dan çıxarmaq arzusu: "Alyansda üzvlüyün dayandırılması..."

media-hightechnic-468x90

“Amerikanın istəyi ilə İspaniyanın NATO-dan çıxarılması mümkün deyil”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.media-zuriye-qarayeva-jpg9799c2621

Politoloq son günlər dünya mediasını zəbt edən İspaniyanın NATO-dan çıxarılması məsələsini şərh edib:

“Bu iddia siyasi ritorika baxımından diqqət çəkici olsa da, NATO-nun hüquqi mexanizmləri belə addımı, demək olar ki, qeyri-mümkün edir. Alyansda üzvlüyün dayandırılması və ya ölkənin çıxarılması üçün aydın prosedur yoxdur və qərarlar konsensusla qəbul olunur. Yəni təkcə ABŞ-nin istəyi ilə İspaniya kimi üzvün uzaqlaşdırılması real görünmür. Bu tip açıqlamalar daha çox müttəfiqlərə təzyiq vasitəsi kimi şərh olunur, məqsəd isə onların hərbi və siyasi öhdəliklərə daha aktiv qoşulmasını təmin etməkdir”.

Politoloq Trampın bu barədə jurnalistlərə verdiyi açıqlamanın NATO-ya xəbərdarlıq məqsədi daşıdığını diqqətə çatdırıb:

“Trampın yanaşması isə daha geniş geosiyasi xəttin tərkib hissəsi kimi görünür. O, ənənəvi olaraq NATO daxilində yük bölgüsünü tənqid edir və müttəfiqlərdən ABŞ-nin strateji prioritetlərinə daha açıq dəstək gözləyir. İranla mümkün ikinci eskalasiya ehtimalı fonunda bu cür mesajlar həm daxili auditoriyaya güc nümayişi, həm də NATO daxilində mövqe sərtləşdirmə cəhdi kimi qiymətləndirilə bilər. Lakin praktiki müstəvidə bu, daha çox siyasi təzyiq aləti olaraq qalır, nəinki real struktur dəyişiklik planı”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05