Trampın pərəstişkarı onun koronavirusa yoluxduğunu eşidəndən sonra öldü - FOTOLAR

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın pərəstişkarı olan Hindistan sakini Bussa Krişna Amerika liderinin yeni növ koronavirusa yoluxduğu xəbərindən sonra dözə bilməyib və ürək tutmasından ölüb.

Yenicag.az “Indian Express”ə istinadən xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.

Hindistan sakini Tramp koronavirusa yoluxduqdan sonra “Facebook” hesabında dəfələrlə emosional videolar yayımlayıb.

Ailə üzvü  hadisə baş verən gün onun yuxudan həmişəki kimi qalxdığını və özünü rahat apardığını, ancaq qəfil yıxıldığını bildirib:

“Trampın koronavirusa yoluxduğunu eşidəndən sonra depressiyaya düşdü. Az yeyirdi. Xəstəxanaya çatdırdığımız zaman artıq ölmüşdü. Ölümün səbəbi infarkt olaraq göstərildi”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600