Trampla Zelenski mübahisə etdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ-li həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, dava Zelenskinin vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhinə verdiyi cavabdan sonra başlayıb.

Zelenski eyham edərək: “Allah qorusun, sizə müharibə olmasın”, – deyib.

Söhbətə müdaxilə edən Tramp Zelenskiyə bu cavabı verib:

“Sən bunu bilmirsən, bizə nə hiss etməli olduğumuzu demə”.

İki tərəf arasında artan mübahisədən sonra Tramp bildirib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil:

“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”.

“Mən kart oynamıram”, – deyə Zelenski Trampa cavab verib.

Tramp isə ona Ukraynaya hörmətsizlik etdiyini və onunla oynamağa haqqı olmadığını deyib.

Bundan sonra brifinq qısa müddət ərzində başa çatıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05