"TRIPP" layihəsində yeni mərhələ: Şirkətin 74 faizi ABŞ-yə məxsus olacaq – ŞƏRH

media-hightechnic-468x90

“ABŞ nümayəndələrinin Ermənistana səfəri “TRIPP” layihəsinin icrasının yaxın zamanda başlayacağına işarədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

media-16420872043295349638_1200x630-4

Politoloq ABŞ nümayəndə heyətinin TRIPP layihəsinin icrası üçün Ermənistana səfər etməsini şərh edib:

“TRIPP” marşrutu müzakirə mərhələsindədir. Qeyd etmək lazımdır ki, Ermənistanda sözügedən istiqamətdə hər hansı iş görülməyib. Hətta texniki-iqtisadi əsaslandırılması belə hazır deyil. Azərbaycan tərəfi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək dəmir yolu əlaqəsinin komponentlərini öz ərazisində demək olar ki, hazırlayaraq işin əsas hissəsini yekunlaşdırıb. Ermənistan tərəfində isə bu məsələ hələlik açıq qalıb. Bu baxımdan hesab edirəm ki, ABŞ nümayəndə heyətinin Ermənistana səfər etməsi layihənin real həyata keçirilməsi istiqamətində təsirli addımların atılmasına hesablanıb.

Xatırlatmaq istərdim ki, yanvar ayının 13-də Ermənistan hökuməti ilə ABŞ arasında birgə “Development” şirkətinin yaradılması haqqında razılaşma əldə olunub. Bu şirkətdə payların 74%-i ABŞ-yə, 26%-i isə Ermənistan tərəfinə məxsus olacaq. İdarəetmə ABŞ tərəfindən 49 il müddətində həyata keçiriləcək. Daha sonra müddətin 50 il də uzadılması hüququ tanınacaq. Bu baxımdan hesab edirəm ki, layihənin həyata keçirilməsi istiqamətində Ermənistan tərəfindən də ilkin addımlar atılmaqdadır”.

E. Mirbəşiroğlu qeyd edib ki, Əbu-Dabi şəhərində də Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında marşrutun açılması məsələsi müzakirə olunub:

“Ermənistan tərəfi qarşıdakı aylarda layihənin həyata keçiriləcəyini bildirir. Düşünürəm ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılan müzakirənin xarakteri göstərir ki, sözügedən istiqamətdə daha sürətli addımların atılmasını önümüzdəki aylarda gözləmək mümkündür.

Xatırlatmaq istərdim ki, ötən ilin dekabrında Ermənistan rəsmi şəxsləri 2026-cı ildən başlayaraq “TRIPP” marşrutunun icrası istiqamətində addımlar atılacağını bildirmişdilər. Görünür, ABŞ nümayəndə heyətinin də ərazi araşdırma missiyası məhz buna hesablanıb. Razılaşma 2025-ci ilin avqust ayında Amerikada əldə olunub və həmin razılaşmanın sürətlə həyata keçirilməsində Tramp administrasiyası maraqlıdır. Xüsusilə də layihənin Trampın adını daşıması onun tezləşdirilməsinə təsir edən mühüm amildir. Bu səfər prosesin icrasının başlanması üçün ciddi addımlar atılacağına dəlalət edir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05