Reklam: High Technic
hightechnic

“Trump Tower” sökülür – SƏBƏB

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelin adı sökülür.

Söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.
Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” holdinqdir.

Yenicag.Az

www.yenicag.az

83