Tsarnayev bu gün edam ediləcək
ABŞ-da Boston marafonu zamanı təşkil etdiyi hücum nəticəsində 3 nəfərin ölümünə səbəb olan Cövhər Sarnayevin bu gün edam edilməsi gözlənilir.
Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, 2013-cü ildə Boston marafonda baş vermiş partlayışın səbəbkarı kimi ittiham olunan Sarnayevin bu gün zəhərli inyeksiya yoluyla edam edilməsi gözlənilir.
Xatırladaq ki, 2 il əvvəl Bostonda keçirilən marafonda finiş xətti yaxınlığında partladılan iki bomba 3 nəfərin həyatına son qoymuş, 264 nəfərin isə yaralanmasına səbəb olmuşdu.
21 yaşlı Cövhər Sarnayev məhkəmə tərəfindən təqsirkar bilinərək ona ölüm hökmü verilmişdi.
Bundan başqa hadisə zamanı həlak olanların yaxınlarına Sarnayevlə görüşə icazə veriləcək.
ABŞ-da 1988-ci ildən bu yana federal məhkəmələr tərəfindən edam cəzasına məhkum olan 74 nəfərdən yalnız üçünün cəzası həyata keçirilib.
Edamın həyata keçiriləcəyi Masaçusets əyalətində isə təxminən 70 ildən sonra ilk dəfə bir nəfər edam ediləcək.