Tunisdə turistləri güllələyən şəxs öldürüldü

media-hightechnic-468x90

072d357b898aTunis polisi Sus şəhərində çimərlikdə turistləri güllələyən terrorçunun kimliyini müəyyən edib.

Yenicag.az xəbər verir ki, kütləvi qətli 23 yaşlı Seyfuddin Ər-Rezki törədib. Ali təhsili olan Seyfuddin Ər-Rezki bir neçə tələbə yoldaşı ilə Kayruan şəhərində radikal dini dərnəklərə baş çəkirmiş. Məlum olub ki, terrorçu təkbaşına fəaliyyət göstərib. Atışma nəticəsində o, zərərsizləşdirilib. Bundan başqa iki nəfər tutulub.

Qeyd edək ki, iyunun 26-da Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində Böyük Britaniya, Almaniya və Belçikadan olan 37 nəfər qətlə yetirilib. 36 turist isə yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600