“Turan Tovuz” “Kəpəz”i məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasında mövsümün son turunda “Turan Tovuz” “Kəpəz”i məğlub edib.

Yenicag.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Turan Tovuz”dan Aleks Souza dubla (10-cu və 23-cü dəqiqələr) imza atıbsa, Ayxan Hüseynov 44-cü dəqiqdə fərqlənib. “Kəpəz”in futbolçusu Turan Manfov isə 42-ci dəqiqədə avtoqol müəllifi olub.

4-cü pillədə olan “Turan Tovuz” bu nəticədən sonra xallarının sayını 55-ə yüksəldib. “Kəpəz” isə mövsümü 32 xalla 9-cu yerdə başa vurub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Səbail”i (4:1), “Qarabağ”, “Şamaxı”nı (1:0), “Sabah” isə “Neftçi”ni (1:0) məğlub edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa