Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Turistlərlə Azərbaycana gələn bələdçilər üçün yeni şərt qoyula bilər

Azərbaycana səfər edən turistlərin özləri ilə əcnəbi bələdçi gətirməsinin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişiklik etmək olar.

Yeniçağ.Az xəbər verir ki, bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, hazırda əsasən ərəb turistləri Azərbaycana gəldikdə özləri ilə bələdçi gətirirlər:

“Əcnəbilərlə bələdçilərin gəlməsi halları axın formasında deyil. Amma müəyyən zamanlarda bu hallar müşahidə edilir. Bu bələdçilər bəlkə də turistlərə abidələrimiz, tarixi yerlərimiz haqqında düzgün olmayan, fərqli məlumat verirlər?! Ona görə də qanunvericlikdə qeyd olunmalıdır ki, bələdçilər akkreditasiyadan keçib kart aldıqdan sonra bələdçilik edə bilərlər. Əgər bələdçinin akkreditasiya kartı yoxdursa, onun bələdçilik etməyə səlahiyyəti yoxdur”.

A.İsmiyev bildirib ki, hazırda Azərbaycanda bələdçi kimi fəaliyyət göstərmək istəyən şəxslərin hamısı Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən akkreditasiyadan keçirilir.

Yeniçağ.Az

www.yenicag.az

268