Turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verilib

media-hightechnic-468x90

224e5df6b3ca808e9813e67c3ee65058Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.

35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600