Türk aktrisa əsəblərinə hakim ola bilmədi
Türkiyənin populyar aktrisalarından biri Nurgül Yeşilçay yeni çəkildiyi filmin premyerasının təxirə salınmasından sinirlənib.
Baş rolları Mert Fırat və Nur Süerlə paylaşdığı “Gecce” filminin premyerasının ertələnməsi aktrisanın səbr kasasını daşdırıb.
“Bir … anladımsa, ərəb olum! Balkanlardan gələn soyuq hava dalğası qədər sarsağam”, – N.Yeşilçay Twitter-dəki profilində yazıb.
Bu tvitdən 8 saat sonra o bildirib ki, “Gecce” filminin qalası və premyerası noyabrın 14-də olacaq.
“Gecce” Nurgül Yeşilçayın karyerasında 11-ci kinolentdir.(milli)