Türk aktrisa həbs edildi

media-hightechnic-468x90

img1773705Türk aktrisa Dəniz Çakıra 5 ay həbs cəzası verilib

Məşhur oyunçu avtomobili sərxoş halda sürdüyü üçün mühakimə olunub.

Məhkəməyə çıxarılan Çakır özünü müdafiə edərkən səhvini etiraf edib: “Spirtli içkidən istifadə etdiyimi qəbul edirəm, səhvim var. İçki qəbul etdiyi yerlə evimin arası 5 dəqiqəlik məsafədir. Səhər erkən saatda çəkilişə getməliydim. Ona görə spirtli içki içdim. 15-20 metr irəlilədikdən sonra polis tərəfindən saxlanıldım”, – deyə aktrisa söyləyib.

Çakırın müdafiəsi və vəkilinin bəyanatından sonra qərarını açıqlayan məhkəmə Çakırı 6 ay həbs cəzasına məhkum edib.

Çakırın məhkəmədəki yaxşı halı nəzərə alınaraq cəzası 5 aya endirilib. Ancaq məhkəmə hökmün icrasını təxirə salıb. Belə ki, 5 il müddətində Çakır bir cinayət törətsə aldığı həbs cəzası tətbiq olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600