!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyası üçün yeni DÖNƏM: Bu ideyanın müəllifi Azərbaycan olacaq – Proses meydanlardan siyasətə daşınır

!Reklam – Yazi

“Teokratiyanın kökünün kəsilməsinin ideya müəllifi Azərbaycan türkü olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İranda Azərbaycan səfirliyinin açılacağı iddiasını və iki ölkə arasında münasibətlərin düzəlmə ehtimallarını şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, Azərbaycan üçün də, türk dünyası üçün də yeni dönəm başlayır.

“Pezeşkianın səsləndirdiyi şüarlar çöx önəmli idi. İranda baş verən proseslər sanki “Traktor” komandasının meydanlarından siyasətə daşınmasıdır. İranda islahatçı xəttin başında türk durur. Teokratiyanın kökünün kəsilməsində bu, mühüm rol oynayacaq. Teokratiyanın kökünün kəsilməsinin ideya müəllifi Azərbaycan türkü olacaq. İranda başlayan yeni mərhələdir”, – deyə o əlavə edib.

O qeyd edib ki, Pezeşkianın ilk hədəflərindən biri Azərbaycanla, Türk Dövlətləri Təşkilatının birgəliyi üçün ciddi çabalar verəcəyini düşünürəm.

“Kimlərsə deyir ki, İranda prezidentin səlahiyyəti yoxdur. Qətiyyən belə deyil. İranda prezidentin səlahiyyətləri var. Bəlli bir yerə qədər imkanları və toxunulmazlıq hüququ var. Onun ilk səfərlərindən biri Azərbaycana ola bilər. Prezident İlham Əliyev Pezeşkianı Azərbaycana sözgəlişi dəvət etməyib.

Hesab edirəm ki, Azərbaycan üçün də, türk dünyası üçün də yeni dönəm başlayır. Bunun aparıcılarından biri Məsud Pezeşkian olacaq”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv