!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyasını qürurlandıran ZƏFƏR: “Azərbaycanın zərbəsi o qədər güclü idi ki...”

!Reklam – Yazi

“Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsi bütün türk dünyasının qələbəsidir”.

Bu fikirləri Qarabağın azad olunması və Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsi fonunda separatçı rejimin ortadan qaldırılması haqqında danışan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad etmək üçün yüksək səviyyədə hazırladığı plan sayəsində müzəffər ordumuz cəmi 44 gün ərzində Qarabağın işğalına son qoydu:

“44 günlük müharibədən sonra isə Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçu rejimin ləğv olunması üçün antiterror əməliyyatları həyata keçirildi. Bu addım sayəsində separatçı rejim cəmi 1 günə ağ bayraq qaldırmalı oldu. Azərbaycan onları təslim olmağa məcbur etdi.

Zərbə o qədər güclü idi ki, xunta rejimi və onun arxasında dayananlar buna tab gətirə bilmədilər. Beləliklə, onilliklər boyunca fəaliyyət göstərən separatçı rejim cəmi 1 günə süquta məhkum edildi.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər il oktyabrın 18-ni bayram kimi qeyd edir. Lakin ilk dəfədir ki, müstəqillik bayramını suverenliyimizin tam bərpa olduğu şəraitdə qeyd edirik. Qələbə hər kəsi sevinc göz yaşlarına boğdu.

Bu uğuru hər kəs qeyd edir, qələbə münasibətilə hamı bir-birini təbrik edir. Bir nüansı da xatırlamaq lazımdır ki, Qarabağın azad olunması və Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsi bütün türk dünyasının qələbəsidir”

Nəsimi Ələsgərli

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv