“FETÖ Türkiyədə yeni çevriliş hazırlayır”.
Yenicag.az “Yeni Akıt”a istinadla xəbər verir ki, bu barədə FETÖ üzrə ekspert hesab edilən türk kontr-admiralı Cihad Yaycı məlumat verib.
FETÖ hərəkatının lideri şeir sətirləri ilə pərdəli şəkildə tərəfdarlarını Türkiyə hökumətini nəzarətə götürməyə çağırdığı video yayımlayıb.
Cihad Yaycı bu cür çağırışın 2016-cı ildə Türkiyədə çevriliş cəhdindən 2 ay əvvəl edildiyinə diqqət çəkib.
“FETÖ hərəkatının lideri şeir sətirləri ilə tərəfdarlarını Türkiyə hökumətini nəzarətə götürməyə çağırışını elə-belə qəbul etməyin.
Bu cür çağırış 2016-cı ildə çevriliş cəhdindən 2 ay əvvəl də edilmişdi”, – Yaycı bildirib.
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.
Xuraman Etibarlı
www.yenicag.az