!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi

Qazaxıstan Respublikasında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insanların həlak olması ilə əlaqədar Ümummilli Matəm Günü elan edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Baş Qərərgahında təşkilata üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib.

Fond qurucu üzv dövlətlərindən olan Qazaxıstanda həyatını itirən insanların xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir.

İnanırıq ki, Türk Dünyasının ayrılmaz parçası olan Qazaxıstan qısa zaman ərzində inamlı addımlarla ilərləyərək, Türk xalqlarının birliyinin daha da möhkəmlənməsi naminə həmişəki fəaliyyətini davam etdirəcəkdir.

www.yenicag.az

216
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100