Türkiyə xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular Qara, Qəndil və Sincar bölgələrində zərərsizləşdirilib.
Türkiyə xüsusi xidmət orqanlarının Şimali İraqdakı əməliyyatları davam edir.