Tekirdağ polis idarəsinin müdiri Mustafa Aydın avtomobil idarə edərkən telofonla danışan qızına cəza yazan polis əməkdaşını mükafatlandırıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağ polis idarəsinin polis məmuru Gizem Aydını sükan arxasında telefonla danışarkən görüb və maşını dayandırmaq əmri verib.
Polis məmuru Gizem Aydına “sükan arxasında mobil telefon və ya digər əşyaların istifadəsi maddəsi”ndən pul cəzası yazıb.
Bundan sonra xəbər idarənin müdiri Mustafa Aydına çatıb. Vəzifəsində dürüst olduğu üçün onu təşəkkürnamə ilə mükafatlandırıb:
“Qaydalara hər kəsin riayət etməsi şərtdir. İlk əvvəl biz özümüz buna əməl etməliyik ki, daha sonra vətəndaşdan da eyni hərəkəti tələb edə bilək. Qızıma cəza yazan polisə təşəkkürnamə verdim. Dostumuz vəzifəsini icra edib”.
Həşim Səhrablı
www.yenicag.az