Türk ulduzununa ödənilən FANTASTİK MƏBLƏĞ! Kərim toyda baş verənləri DANIŞDI
“Mustafa Sandal bir saatlıq çıxışına görə toyda 170 min dollar aldı”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Öz aramızda” verilişində deyib.
O, aparıcının “Azərbaycanda ən bahalı toyların büdcəsi təxminən nə qədər olur?” sualını cavablandırıb:
“Bu yaxınlarda bir toy sifarişi gördüm. Həmin toyda Mustafa Sandal, eləcə də Qazaxıstan, Özbəkistan və Azərbaycandan xalq artistləri iştirak edirdi. Mən təxmini büdcəni hesabladım. Mustafa Sandalın bir saatlıq çıxışına görə qonorarı 170 min dollar idi. Orada Rusiyadan da müğənni gördüm. Təkcə müğənnilərin büdcəsi azı yarım milyon dollar idi. Hələ bildiyim qədər, yəqin ki, daha çox idi”.
Nehru












