Türkiyə ağlasığmaz təcavüz olayı
Türkiyənin Diyarbəkir şəhərində sevgilisini meşəlik əraziyə apararaq orada zorlayan T.N. (ad şərtidir) adlı oğlan 12 il azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, hadisə 2013-cü il aprelin 18-i baş verib. Belə ki, 23 yaşlı oğlan sevgilisi 22 yaşlı E.N.-ni öz razılğı ilə meşəyə aparıb. T.N. əvvəlcə qıza onu öpmək təklifi edib. Lakin bu təklifi rədd edən qız qəfildən oğlanın təcavüzünə məruz qalıb.
Hadisədən dərhal sonra polisə şikayət edən E.N hadisəni olduğu kimi nəql edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən T.N yaxalanıb.
Hakim təqsirkara 14 il cəza kəssə də, sonradan müddət 12 ilə endirilib. Buna səbəb kimi onun ruhi xəstə olması göstərilib.
Ən son qərara görə cinayətkar 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.