Türkiyə atom dövlətinə çevriləcək

media-hightechnic-468x90

51818Türkiyədə atom elektrik stansiyasının (AES) tikintisinin başlama tarixi məlum olub.

“Akkuyu” AES-in tikintisinə gələn ilin mart ayında başlanacaq. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib.

Onun sözlərinə görə, AES-in tikintisi Türkiyə üçün xüsusi önəm kəsb edir.

Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk “Akkuyu” AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa