Ankara Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsinə səbəb olan silahlı müxalifətin əməliyyatında iştirak etməyib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Əl Hədat” kanalına müsahibəsində deyib.
O, Türkiyə belə bir prosesin bir parçası olmadığını qeyd edib:
“HTŞ və digər müxaliflərin başlatdığı əməliyyatdan sonra biz bunun ən qansız, problemsiz baş tutması üçün çox səy göstərdik, lakin bundan əvvəl heç bir ölkə və ya qrupla bir araya gəlib, əməliyyat planlaşdırmadıq”.
www.yenicag.az