Türkiyə ermənilərə vətəndaşlıq verir

media-hightechnic-468x90

gfhgfjhkTürkiyə hökuməti baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı bəyanatından sonra yeni layihə üzərində işləyir.

Layihədə nəzərdə tutulub ki, 1915-ci ildə köç etmək məcburiyyətində qalan, o dövrdə Türkiyə Cümhuriyyəti vətəndaşlığı ala bilməyən və ya həyatını itirmiş ermənilərin nəvələrinə vətəndaşlıq verilsin.

Türkiyə mətbuatı yazır ki, qeyd edilən məsələ hələ yanvar ayında Ankarada keçirilən bir toplantıda gündəmə gətirilib.

“Ankara Düşüncəyə Azadlıq Təşəbbüsü” təşkilatının keçirdiyi toplantıda qeyd edilib ki, dünyanın müxtəlif ölkələrində yaşayan, Osmanlı imperiyası dönəmində köç etmiş və ya köç etmək məcburiyyətində qalmış Osmanlı vətəndaşı olan ermənilərin nəvələrinə Türkiyə Cümhuriyyətinin şəxsiyyət vəsiqəsi və pasportu verilməlidir.

Türkiyə Xarici İşlər Nazirliyi təklifi yüksək qiymətləndirib. Nazirliyin açıqlamasına görə, Türkiyə vətəndaşlığını qəbul etmək isətəyən ermənilərin bu istəklərinə müsbət baxırıq və məsələ ilə bağlı işlər gedir(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600