Türkiyə-Ermənistan sərhədində hazırlıq bitmək üzrədir

media-hightechnic-468x90

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd keçid məntəqəsində planlaşdırılan bütün işlərin təxminən 90%-i yerinə yetirilib.

media-banner_tuq

Yenicag.az Anadolu-ya istinadla xəbər verir ki, həm İğdır əyalətinin Qaraqoyunlu rayonunda yerləşən Əlican həm də Ermənistanın Armavir əyalətindəki ona bitişik Marqara sərhəd keçid məntəqəsində işlər davam edir.

Layihənin bir hissəsi olaraq, Türkiyə tərəfində gömrük və digər sərhəd prosedurları üçün binalar tikilir.

Bundan əlavə, Ermənistandan gələn vətəndaşları İğdır şəhərinə və bütövlükdə bölgəyə tanıtmaq üçün hazırlanmış reklam lövhələri və bannerlər də daxil olmaqla reklam və məlumatlandırma fəaliyyətləri həyata keçirilib.

İğdır əyalətinin valisi Ercan Turan işləri yerində yoxlayıb və Qaraqoyunlu rayonunun rəhbəri Fatih Ərdoğandan ətraflı hesabat alıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05