!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Əsəd rejimini vuracaq (?)- Ərdoğan Tramp və Putini Suriyaya görə tənqid etdi  

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan canlı yayımda dünyada baş verən son prosesləri şərh edib.

Yeniçağ.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyanın İdlib şəhərində kimyəvi silahlarla həyata keçirilən qətliama görə rejimi sərt sözlərlə tənqid edib. Ərdoğan Trampın açıqlamasına bu cür münasibət bildirib:

“Sözdə qalmasın. Əgər həqiqətən ortaya iş çıxarılacaqsa, biz də Türkiyə olaraq, öhdəliyimizə düşəni etməyə hazırıq.”

Yeniçağ.Az Ərdoğanın məsələ ilə bağlı fikirlərini təqdim edir:

“Təşəkkür edirəm, ancaq sözdə qalmasın. Əgər həqiqətən ortaya iş çıxarılacaqsa, biz də Türkiyə olaraq, öhdəliyimizə düşəni etməyə hazırıq. Biz bundan heç vaxt çəkinməyəcəyik, kim olur olsun fərqi yoxdur. Biz Amerika başda olmaqla bütün koalisiya qüvvələri ilə bir yerə toplaşaq. Mən cənab Putinlə də danışmışam. Ancaq Putin “Bu işin səbəbkarı Əsəddirmi, yoxsa o deyilmi?” sualına iki gündür cavab tapa bilmirsə, anlamırsa bu bizdə təəssüf doğurur. Bunları təcili olaraq aydınlaşdırmalı və qərarımızı verməliyik. Dost kimdir, düşmən kimdir, regiondakı virus kimdir, bunu artıq öyrənək, buna əsasən də addımımızı ataq.

Mən keçən günlərdə ABŞ-ın xarici işlər nazirinə də dedim. Siz hələ Suriyada yoxsunuz. Rusiya Suriyadadır. Siz ancaq PYD-yə, YPG-yə silah-sursat verməklə, onlara yardım etməklə Suriyada mövcudsunuz.Əgər bu belə davam edəcəksə, bilin ki, bu cür cinayətlər, terror aktları davam edəcək. Çünki belə bir düşüncə var ki, bir terror təşkilatını digəri ilə məhv edək, özümüzü əziyyətə salmayaq. İlk növbədə ABŞ bu düşüncəni dəyişdirməlidir.”

Xatırladaq ki, ötən gün Tramp Əsədin İdlibdə həyata keçirdiyi qətliamla bağlı “qırmızı xətti keçdi” və “Suriyaya hərbi müdaxilə etməyi düşünürük” demişdi.

Yeniçağ.Az xəbər verir ki, Suriya rejiminin Xan Şeyxunda kimyəvi silahdan istifadə etməsi ilə əlaqədar sübutlar mövcuddur və ABŞ dəstək verərsə, Türkiyə Əsəd rejiminin vurulmasında aktiv rol oynayacaq.

Yeniçağ.Az

COP29

www.yenicag.az

979
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv