Türkiyə gəmiləri Qəzzaya YOL ALIR: İsrailin reaksiyası nə olacaq?

media-hightechnic-468x90

“Humanitar yardım təşəbbüslərinin beynəlxalq hüquqa zidd şəkildə əngəllənməsi ehtimalı yüksəkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer bildirib.

media-2417

Siyasi şəhrçi bildirib ki, Sumud Donanmasının Qəzzaya humanitar yardım məqsədilə yola çıxması, İsrailin uzun illərdir davam etdirdiyi apartheid rejimi (ayrı seçkilik), işğal və soyqırım siyasətlərinin fonunda mühüm və kritik hadisə kimi qiymətləndirilir.

Tuncer qeyd edib ki, Türkiyə və bölgədəki digər ölkələrin bu donanmaya beynəlxalq sularda müşayiət etməsi, Qəzzadakı humanitar böhrana diqqət çəkmək baxımından əhəmiyyətlidir:

Türkiyənin və bölgədəki digər ölkələrin hərbi gəmilərlə bu donanmaya beynəlxalq sularda müşayiət etməsi, Qəzzadakı humanitar böhrana diqqət çəkmək və regional miqyasda konkret addım atmaq baxımından əhəmiyyətlidir.
Türkiyə hərbi gəmilərinin beynəlxalq suları keçərək birbaşa Qəzzaya hərəkət etməsi hazırda real görünmür. Lakin İsrail tərəfindən donanmaya qarşı mümkün təxribatlara qarşı, Türkiyə başda olmaqla bölgə ölkələrinin verəcəyi müdafiə reaksiyası, İsrail üçün ciddi xəbərdarlıqdır. Əgər bu gəmilərə qarşı sərt müdaxilə baş verərsə, Aralıq dənizində gözlənilməz hadisələr baş verə bilər.İsrailin Qəzzaya humanitar yardım təşəbbüslərinə sərt ritorika və blokada siyasəti ilə yanaşdığı məlumdur.

Ekspertin sözlərinə görə, İsrailin humanitar yardımlara sərt ritorika və blokada siyasəti ilə yanaşması yeni deyil:

Əvvəlki yardım donanmalarına qarşı baş verən hücumlar və gəmilərin beynəlxalq sularda ələ keçirilməsi bu yanaşmanın ən konkret nümunələrindəndir.
İsrailin bu təşəbbüsə qarşı “terrorizm təbliğatı” kimi ittihamlarla çıxış edərək sərt ritorika nümayiş etdirməsi gözləniləndir. Lakin Qəzzada baş verən soyqırım, beynəlxalq hüquq pozuntuları və qeyri-insani siyasətlər səbəbilə, İsrailin öz mövqeyini legitimləşdirmə qabiliyyəti zəifləməkdədir. Əksinə, yaranan vəziyyət İsrailin beynəlxalq arenada daha da təcrid olunmasına gətirib çıxara bilər.

Tuncer əlavə edib ki, humanitar yardım təşəbbüslərinin əngəllənməsi ehtimalı yüksəkdir:

 İsrail, quru, hava və dəniz yolu ilə edilən yardımları məhdudlaşdırmaqla və yardım nöqtələrində insanlara atəş açmaqla Qəzzadakı humanitar böhranı daha da dərinləşdirib. Türk hərbi gəmilərinin iştirakı bölgədə hərbi toqquşma riskini artıra bilər, lakin İsrailin əsas məqsədi bu yardımı öz blokada siyasəti çərçivəsində dayandırmaq olacaq.

Şərhçiyə görə, bu təşəbbüs simvolik xarakter daşısa da, həm də diplomatik etiraz mahiyyəti kəsb edir:

Türkiyə, 7 oktyabrdan əvvəl də Prezident Rəcəb Tayyib Ərdoğanın dilə gətirdiyi kimi, iki dövlətli həll və 1967 sərhədləri əsaslı bir mövqeni müdafiə edən əsas regional güclərdən biridir. Bu yardım təşəbbüsü yalnız humanitar fəaliyyət deyil, həm də İsrailin müstəmləkəçi və məskunlaşma siyasətinə qarşı diplomatik etiraz xarakteri daşıyır. Bu səbəbdən, İsrailin reaksiyası yalnız yardımın qarşısını almaqla kifayətlənməyəcək, diplomatik müstəvidə də ABŞ-nin dəstəyini arxasına alaraq Türkiyəyə qarşı tədbirlər görmək cəhdi ilə davam edə bilər.
Bu təşəbbüs simvolik qələbə sayılsa da və Fələstin məsələsinin görünürlüyünü artırsa da təkbaşına İsrailin soyqırım siyasətlərini dayandırmağa kifayət edəcək real bir mexanizm deyil. Beynəlxalq ictimaiyyətin, bu tip addımları yalnız simvolik dəstək kimi deyil, İsrailin işğal siyasətinə son qoyulması və Qəzzadakı soyqırıma son verilməsi üçün konkret təzyiqlərlə müşayiət etməsi vacibdir.

Fatih Fuat Tuncerin fikrincə, beynəlxalq ictimaiyyət bu təşəbbüsü yalnız simvolik dəstək kimi yox, həm də İsrailin işğal və soyqırım siyasətlərinə qarşı konkret təzyiqlərlə müşayiət etməlidir:

Donanmanın təşəbbüsü, İsrailin hərəkətlərinin beynəlxalq vicdan tərəfindən qanuni sayılmadığı bir dövrdə, beynəlxalq hüququn pozulmasını və Qəzzada yaşanan insanlıq faciəsini bir daha dünya gündəminə gətirir. İsrailin bu təşəbbüsə verəcəyi cavab yalnız yardım konvoylarını deyil, beynəlxalq sistemin “güclünün hüququ” prinsipindən imtina edib-etməyəcəyini də test edəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa