Türkiyə HƏRƏKƏTƏ KEÇİR – Ankaradan HƏMAS-la bağlı ŞOK PLAN

media-hightechnic-468x90

“Doha hadisələri Türkiyədə baş verərsə, Ankara buna ağır cavab verəcək”.

Bu sözləri İsrail-Türkiyə gərginliyi, tərəflərin toqquşma ehtimalını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

O, bildirib ki, tərəflər arasında toqquşma inandırıcı deyil:

“Türkiyə ilə İsrail arasında əvvəllər kifayət qədər yaxşı münasibətlər olub. İki dövlət arasında narazılıqlar olsa da, ticarət dövriyyəsi həmişə stabil qalıb, yaxud artıb. “Mavi Mərmərə” gəmisi hadisəsindən sonra münasibətlər kəskinləşib. Belə ki, Türkiyəyə məxsus gəmi fələstinlilərə yardım aparırdı. İsrail hərbçiləri həmin gəmiyə hücum etdi və Türkiyə vətəndaşlarını qətlə yetirdi. Daha sonra İsrail Prezidenti Türkiyəyə gəldi, orada türk sualtıları barədə yazılmış kitabın təqdimat mərasimi keçirildi və barışıq əldə olundu”.

Onun sözlərinə görə, İsrail indiki halda Yaxın Şərqdə və Qəzzada insan tələfatına səbəb olan hərəkətlər edir:

“Bunun səbəbkarı da HƏMAS idi. HƏMAS İsrailə hücum etdi, mülki vətəndaşları girov götürdü. Bununla da Türkiyə ilə İsrail arasında münasibətlər yenidən gərginləşdi. İsrail Qəzzadan əlavə Suriyada da hərbi əməliyyatlar keçirdi. Bu da Türkiyə tərəfindən müsbət qarışlanmadı. İsrail təkcə Suriya sərhədində yox, hətta Dəməşqi də aviasiya vasitələri ilə bombaladı”.

Qətərlə bağlı İsrailin atdığı addıma gəldikdə, Y. Bağırzadə əlavə edib ki, Qətər Türkiyənin müttəfiqidir və Qətərdə iki böyük dövlətin – ABŞ və Türkiyənin hərbi bazası var:

“HƏMAS liderlərinin bir hissəsi Misirdə, bir hissəsi Qətərdə, bir hissəsi isə Türkiyədədir. Əgər Doha hadisələri Türkiyədə baş verərsə, Ankara buna ağır cavab verəcək. Nəzərə alsaq ki, Türkiyə NATO üzvüdür, onda İsrail belə bir addım atmayacaq. Çünki NATO-nun 5-ci maddəsi hərəkətə keçəcək”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa