!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq müqaviləsi imzalanmalıdır” - Türkiyəli generaldan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Ermənistanla imzalanacaq sülh sazişində Azərbaycanın ərazi bütövlüyünün tanınması haqda maddə olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Cahangir Dumanlı “Cümhuriyyət” qəzetində yayımlanan bugünkü köşə yazısında qeyd edib.

Azərbaycanın bu müharibədə qəti qələbə qazandığını vurğulayan Cahangir Dumanlı gələcəkdə iki ölkə arasında imzalanacaq sülh razılaşmasına işğalçı dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanıması və Türkiyənin buradakı rolunu qəbul etməsi haqda maddələrin salınmasının zəruriliyini bildirib.

General-mayor həmçinin, Türkiyə ilə Azərbaycan arasında xarici təhdidlərə qarşı birgə müqavilə imzalanmasının vacibliyi qənaətindədir:

“Savaş Azərbaycan Ordusunun qəti zəfəri və Ermənistanın məğlubiyyətilə nəticələndi. İşğal altındakı ərazilərin çoxu müharibə ilə, qalan üç rayon isə anlaşma ilə azad edilib.

Qarabağda artıq Azərbaycan Ordusu hakim olacaq. 9 noyabr anlaşması bir atəşkəs sənədidir. Sülhün dayanıqlılığı böyük sazişlə təmin edilməlidir. Azərbaycan strateji üstünlüyündən yararlanaraq, hərbi qalibiyyətini siyasi qələbəyə çevirməlidir.

Ermənistanla imzalanacaq sülh sazişinə Azərbaycanın ərazi bütövlüyünün tanınması və Türkiyənin buradakı rolunun qəbul edilməsinə dair maddələr salınmalıdır. Türkiyə də sülh danışıqlarında iştirak etməlidir.

Türkiyə 9 noyabr anlaşmasında yaradılması nəzərdə tutulan atəşkəs monitorinq mərkəzinə yetərli heyətlə qatılmalıdır. Azərbaycanla Türkiyə arasında “Birinə qarşı edilmiş hərbi müdaxilə digərinə də edilmiş sayılır” səviyyəsində hərbi ittifaq müqaviləsi imzalanmalıdır.

Bölgədə davamlı sülhün təmin edilməsi və Ermənistanın gələcəkdə mümkün təxribatlardan çəkindirilməsi bu şəkildə mümkün ola bilər”.

Aqil Bəkir

www.yenicag.az

2319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv