Türkiyənin “Başakşəhər” klubu “beIN SPORTS” şirkətinə satıla bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə qardaş ölkə mətbuatı çıxış edib.
Artıq tərəflər arasında danışıqlar aparıldığı, bir neçə məsələdə razılaşma əldə olunduğu bildirilir.
Qeyd edək ki, “beIN SPORTS”un sahibi Nasser əl-Xelaifidir. Qətərli iş adamı eyni zamanda Fransanın PSJ klubunun prezidentidir.