!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Maarif Vəqfi Azərbaycanda məktəb açır

!Reklam – Yazi

Türkiyə Maarif Vəqfi Azərbaycanda məktəb açacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Maarif Vəqfinin sədri Birol Akgün məlumat verib.

Birol Akgün qeyd edib ki, gələcək həftələrdə təhsil naziri Emin Əmrullayevin Türkiyə səfəri sırasında sözügedən vəqfin ofis və məktəblərinin Azərbaycanda fəaliyyətə başlamasıyla bağlı saziş imzalanacaq.

“Saziş imzalandıqdan sonra Bakıda Maarif Vəqfinin ofisini açıb ən qısa zamanda binanı müəllimlərimizə təhvil verəcək və daha sonra məktəbimizi açacağıq. 2021-ci ildə məktəbi açacağımıza ümid edirik”, – deyə Akgün vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Maarif Vəqfinin ofis açdığı 53-cü, təhsil qurumu sayına görə isə 44-cü ölkə olacaq.

Qurum dünya üzrə 332 məktəblə 40 mindən çox şagirdə təhsilalma imkanı tanıyır.

www.yenicag.az

4407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv