Türkiyə məzunu olan azərbaycanlılar bir araya gəldilər: Abdullah Ərən iftar proqramına qatıldı – FOTO

media-hightechnic-468x90

 

Martın 24-də Bakıda Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformu tərəfindən iftar proqramı təşkil edilib.

Yenicag.az xəbər verir ki, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən, Türkiyə səfiri Birol Ağgün, Milli Məclisin deputatları Anar İsgəndərov, Fazil Mustafa, Naqif Həmzə, Türkiyə və Azərbaycandan olan iş adamlarının, müxtəlif dövlət qurumlarının rəsmilərinin qatıldığı iftar proqramında çıxış edən platformanın koordinatoru Telman Nüsrətoğlu qonaqları salamlayaraq müqəddəs Ramazan ayı münasibətilə onları təbrik edib.

Telman Nüsrətoğlu sırf bu proqram üçün Azərbaycana bir günlük səfər edən YTB sədri Abdullah Ərənə xüsusilə təşəkkür edib. O, Türkiyədə təhsil almış azərbyacanlıların iki ölkə arasında mədəni körpü rolu oynadığını vurğulayıb.

media-c09422e8-d548-4a28-8f65-0ec0ba071192

Çıxış edən YTB sədri Abdullah Ərən bildirib ki, Türkiyə onminlərlə xarici tələbəyə ev sahibliyi edir və bu rəqəm hər ötən il daha da artır. O, ölkəsində təhsil alan azərbaycanlı tələbələrin əldə etdikləri uğurları böyük qürurla izlədiklərini vurğulayaraq proqram təşkilatçılarına təşəkkür edib.

media-62d42b61-15a8-47e6-a53e-1630bd231e96

Daha sonra Türkiyə səfiri Birol Ağgün, Milli Məclisin deputatları Anar İsgəndərovFazil Mustafa çıxış edərək, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında məzunların rolundan bəhs ediblər.

Proqram iftar yeməyi ilə davam edib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600