Türkiyə millisi yoxlama matçı keçirəcək

Futbol üzrə Türkiyə millisi yoxlama matçında qüvvəsini sınayacaq.

Yenicag.az xəbər verir ki, Fatih Terimin yetirmələri iyunun 5-də Makedoniya yığması ilə qarşılaşacaq.

Qarşılaşma Makedoniyanın paytaxtı Skopyedə baş tutacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 21:45-də start götürəcək.

Yenicag.az