Türkiyə millisinin Avro-2020-nin seçmə mərhələsində Fransa (8 iyun) və İslandiya (11 iyun), yoxlama oyunlarında isə Yunanıstan (30 may) və Özbəkistanla (2 iyun) qarşılaşacağı oyunlar üçün ilkin heyəti açıqlanıb.
Yenicag.az xəbər verir ki, yığmanın baş məşqçisi Şenol Günəş 33 futbolçuya dəvət göndərib. Onlar arasında “Başakşəhər”in 39 yaşlı yarımmüdafiəçisi Əmrə Belözoğlu da var.
Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Gökhan Akkan (Rizəspor”), Sinan Bolat (“Antverpen”), Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Mehmet Zeki Çelik (“Lill”), Nazım Sanqare (“Antalyaspor”), Ozan Kabak (“Ştutqart”), Çağlar Söyüncü (“Lester”), Kaan Ayhan (“Fortuna”), Merih Demiral (“Sassuolo”), Umut Meraş (“Bursaspor”), Əmrə Taşdəmir (“Qalatasaray”), Hasan Ali Kaldırım (“Fənərbaxça”)
Yarımmüdafiəçilər: Cengiz Ündər (“Roma”), Abdülkadir Ömür (“Trabzonspor”), Deniz Türüç (“Kayserispor”), Dorukhan Tököz (“Beşiktaş”), Efecan Karaca (“Alanyaspor”), Əmrə Bəlözoğlu (“Başakşəhər”), İrfan Can Kahveci (“Başakşəhər”), Mahmut Təkdəmir (“Başakşəhər”), Oğuzhan Özyakup (“Beşiktaş”), Okay Yokuşlu (“Selta”), Ozan Tufan (“Alanyaspor”), Yunus Mallı (“Volfsburq”), Yusuf Yazıcı (“Trabzonspor”), Hakan Çalhanoğlu (“Milan”), Ömər Ali Şahinər (“Konyaspor”);
Hücumçular: Burak Yılmaz (“Beşiktaş”), Cenk Tosun (“Everton”), Enes Ünal (“Valyadolid”), Güvən Yalçın (“Beşiktaş”), Kənan Karaman (“Fortuna”).
www.yenicag.az