!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-NATO münasibətləri: Rəsmi Ankara alyansdan ayrıla bilər? - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“NATO Türkiyənin maraqlarına nə qədər cavab verəcək, Türkiyə o qədər NATO-nun üzvü olacaq. Əgər əksi olsa, Türkiyə NATO-dan çıxacaq və bununla da heç nə itirməyəcək”.

Bunu Türkiyə-NATO münasibətləri, Türkiyənin yenidən NATO-dan çıxmasının gündəmə gəlməsi və rəsmi Ankaranın atacağı addımları şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, NATO-ya Türkiyə lazımdır, Türkiyəyə NATO yox:

“Türkiyə müstəqil dövlətdir və öz müstəqil siyasətini yeridir. NATO ilə Türkiyə arasında hansısa fərqli yanaşmalar meydana gələndə Türkiyənin milli maraqlarına, siyasətinə xələl gətirəndə rəsmi Ankara öz iradını tutub və etirazını edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib ki, onun üçün Türkiyənin maraqları hər şeydən üstündür, Türkiyənin maraqlarına zidd olan heç bir addım atmayacaq. Bilirik ki, NATO təkcə hərbi blok kimi yox, həm də siyasi tərəfdir. NATO-nun, əslində, adı var, onu idarə edən ABŞ-dir. Bu da hər kəsə məlumdur: ABŞ NATO vasitəsiylə öz siyasətini yeridərək NATO üzvlərinə təzyiq mexanizmlərindən istifadə etsin. Bunu Türkiyə fonunda da görürük. Dəfələrlə Türkiyə NATO ilə bağlı öz narazıllığını və narahatlığını bildirib.

Dünya artıq o dünya deyil. Ərdoğanın da belə bir ifadəsi var ki, dünya beşdən böyükdür. Beşliyin içində də birlik yoxdur. Türkiyə hələ də NATO-nun üzvüdür. Ancaq Türkiyə maraqlarına ziddi olan hər hansı bir halı qəbul etməyəcək. Türkiyə öz müstəqil siyasətini yürüdüb və yürüdəcək də.

Türkiyə NATO-ya daha çox lazımdır. Türkiyənin güclü silahlı qüvvələri var. Türkiyə ordusu NATO-nun ən güclü silahlı qüvvələrindən biridir. NATO Türkiyənin maraqlarına nə qədər cavab verəcək, Türkiyə o qədər NATO-nun üzvü olacaq. Əgər əksi olsa, Türkiyə NATO-dan çıxacaq və bununla da heç nə itirməyəcək. Türkiyənin yeritdiyi siyasət barışıq, sülhü qorumaq siyasətidir. Türkiyənin işğal siyasəti yoxdur. Bu gün Ukrayna-Rusiya müharibəsində də görürük, Avropa hansı mövqeyi tutur, Türkiyə hansı mövqedədir. NATO ölkələrinin bəzilərinin səmimi olaraq bu mövqeyi tutduğunu demək olmaz. Bu mövqeni NATO üzvü olduğu üçün tutmaq məcburiyyətində qalırlar.

NATO ölkələri və Avropa müharibə bölgəsinə silah göndərərək müharibəni daha da alovlandırırlarsa, Türkiyə tərəfləri masa arxasında otuzdurur, vasitəçilik edir. Bu vasitəçilikdə Azərbaycan Prezidenti İlham Əliyevin də rolu var.

Türkiyə üçün əsas maraqlarıdır və öz maraqları üçün müstəqil addım atan ölkədir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv