DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda Türkiyə evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib.
Yenicag.az xəbər verir ki, “Ay-ulduzlular”ın heyətində Burak Yılmaz het-trik edib. 36 yaşlı hücumçu 15, 34 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolu 46-cı dəqiqədə Hakan Çalhanoğlu vurub. Qonaqlardan isə 75-ci dəqiqədə Devi Klaassen və 77-ci dəqiqədə Lük de Yonq adlarını tabloya yazdırıb. Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Niderland millisi penaltidən yararlana bilməyib. Memfis Depayın zərbəsinin qarşısını Uğurcan Çakır alıb.
www.yenicag.az