Türkiyə Silahlı Qüvvələri TUSAŞ-da terror hücumundan sonra İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.
Yenicag.az xəbər verie ki, bu barədə məlumatı təhlükəsizlik mənbələri yerli mətbuata ötürüb.
Türkiyə Milli Müdafiə Nazirliyindən əməliyyatla bağlı verilən açıqlamada deyilir:
“İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları keçirilib. 32 hədəf müvəffəqiyyətlə məhv edilib. Hava əməliyyatlarımız qətiyyətlə davam edir”.
Açıqlamada həmçinin Türkiyənin bu əməliyyatı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqdan istifadə edərək, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə başlatdığı bildirilir./Apa/
www.yenicag.az