Türkiyə ordusu Suriyaya girməyə hazırlaşır

media-hightechnic-468x90

Türkiyə silahlı qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı mümkün əməliyyata görə hazır vəziyyətə gətirilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Ankara Suriyanın yeni hakimiyyət orqanlarından PKK-ya qarşı lazımi tədbirlər görməyi tələb edib.

İndi Türkiyə hadisələrin istənilən inkişafına, o cümlədən hərbi əməliyyatlara hazırlaşır.

Yanvarın 7-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən PKK üzvlərinə ultimatum verib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600