Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə parlamentindən ortaq çağrı - Azərbaycan üçün bir araya gəldilər

Reklam: Sinerji Pro

AK Partiya, CHP, MHP və İYİ Partiya parlament qrupları ortaq bir bəyanat verərək Ermənistanın Azərbaycana hücumunu qınayıblar.

Yenicag.az həmin bəyanatı təqdim edir:

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana Tovuz bölgəsi tərəfindən avqustun 12-dən başlayaraq şiddətli şəkildə hücum etməsini Türkiyə Böyük Millət Məclisi qətiyyətlə pisləyir. İllərdir Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın məlum təcavüzkar münasibəti üçün yeni bir nümunə təşkil edən bu hücumlar Cənubi Qafqazda daimi sülhə və sabitliyə ən böyük əngəldir. Beynəlxalq ictimaiyyəti hüquq və qanuna məhəl qoymayan Ermənistanın bu davranışına lazımi reaksiya göstərməyə dəvət edirik. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi bir daha bəyan edirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan ərazisindən çıxmalıdır. Türkiyə bundan sonra da iki dövlət, bir millət kimi həmişə sülh və sabitliyin tərəfdarı olaraq Azərbaycanın ərazi bütövlüyünün yenidən qurulması üçün səy göstərməyə davam edəcək. Dost və qardaş Azərbaycan xalqına və hökumətimizə Azərbaycan şəhidlərinə görə başsağlığı verir, yaralıların ən qısa zamanda sağalmalarını diləyirik”.

Bəyanatı AK Partiya Qrup Başkanvekili Mehmet Muş, CHP Qrup Başkanvekili Engin Altay, MHP Qrup Başkanvektoru Levent Bülbül və İYİ Partiya Qrup Başkanvekili Lütfü Türkkanın imzalayıb.

www.yenicag.az

610