Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir - Bəyannamə imzalanacaq 

media-hightechnic-468x90

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

Yenicag.az-ın məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600