Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi

media-hightechnic-468x90

Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Telefon danışığı TBMM sədrinin təşəbbüsü ilə baş tutub.

M.Şentop Milli Məclis sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

S.Qafarova bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib.

Öz növbəsində, Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş türk xalqının Qurban bayramını təbrik edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600