ABŞ İranın dondurulmuş aktivlərini Fars körfəzi ölkələrinə verəcək

media-hightechnic-468x90

İranın dondurulmuş aktivləri münaqişə zamanı Tehranın Fars körfəzi ölkələrinə vurduğu ziyanın kompensasiya edilməsi üçün istifadə olunacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Hörmüz boğazından keçid üçün İranın Fars Körfəzi İşləri İdarəsinə (PGSA) rüsumların köçürülməsi halında, münaqişə nəticəsində zərər çəkmiş ölkələrin xərclərinin dondurulmuş İran vəsaitləri hesabına qarşılanmasına hazırdırlar.

Bessent əlavə edib ki, Tehran tərəfindən həyata keçiriləcək istənilən yeni hücum İran üçün iqtisadi və maliyyə nəticələri daha da ağırlaşdıracaq.

Xatırladaq ki, iyunun 9-da ABŞ-nin “AH-64 Apache” helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğramasından sonra Birləşmiş Ştatlar İrana zərbələr endirib./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05