"Türkiyə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazırdır" - Ərdoğan

media-hightechnic-468x90

Türkiyə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzinə səfərdən qayıtdıqdan sonra jurnalistlərə bildirib.

“Ukrayna münaqişəsinin sülh yolu ilə həlli vizyonunda Türkiyə və İstanbulun əhəmiyyəti yenidən aydın oldu.

İstənilən vaxt danışıqları təşkil etməyə hazırıq.

Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur”, – deyə Ərdoğan açıqlayıb.

O, əlavə edib ki, Ankara əvvəldən danışıqların tərəfdarı olub və Türkiyənin hər iki tərəflə yaxşı münasibətləri olduğunu və bunun sülh yolunda onlara üstünlük verdiyini vurğulayıb.

Xatırladaq ki, Putin və Tramp əvvəlki telefon danışığı zamanı Budapeştdə şəxsən görüşmək barədə razılığa gəlmişdilər. Lakin bu planlar ləğv edildi.

Hazırda iki lider arasında görüşün təşkili üçün işlər davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa