!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə qaz hasilatını artırır və enerji mərkəzinə çevrilmək istəyir

!Reklam – Yazi

Türkiyə xarici enerji daşıyıcılarından asılılığını azaltmaq məqsədilə təbii qaz hasilatını sürətlə artırır və enerji habına çevrilməyə yaxınlaşır.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “2050-ci ilə qədər perspektivlər” adlı hesabatında qeyd olunub.

“Sakarya qaz yatağının istismara verilməsi ilə Türkiyədə illik təbii qaz hasilatı 400 milyon kubmetrdən 1 milyard 300 milyon kubmetrə çatıb. 2024-cü ildə isə bu göstərici 2 milyard 260 milyon kubmetrə yüksəlib”, – deyə hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, Sakarya qaz yatağında yeni kəşflər və inkişaf etdirilən hasilat nəticəsində 2050-ci ilə qədər Türkiyənin illik qaz hasilatı 17 milyard kubmetrə çata bilər. Bu isə ölkənin enerji idxalını azaltması və enerji müstəqilliyinə nail olması üçün mühüm addım kimi qiymətləndirilir.

Hesabatda vurğulanır ki, Türkiyə yalnız daxili hasilatını artırmaqla kifayətlənməyərək, həm də enerji mərkəzinə çevrilməyə doğru irəliləyir. Çünki ölkə Avropa, Yaxın Şərq və Rusiya arasında strateji tranzit qovşağıdır və geniş boru kəməri infrastrukturu ilə mayeləşdirilmiş təbii qaz (LNG) gücünə malikdir.

Məlumata görə, 2050-ci ilə qədər dünyada qaz hasilatının 5 trilyon 317 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Avropada isə bu tarixə qədər hasilatın 119 milyard kubmetr azalacağı gözlənilir.

Xatırladaq ki, Ukrayna Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırlaşır. Bu addım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı səfəri zamanı həyata keçiriləcək./qaynarinfo

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv