!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə rəsmilərinin İsrailə səfərləri dayandırıldı

!Reklam – Yazi

Türkiyə hələ ki İsraildən səfirini geri çağırmaq barədə qərar qəbul etməyib, lakin Türkiyə rəsmilərinin İsrailə səfərləri hökumət tərəfindən dayandırılıb.

Yenicag.az xəbər verir ki, bunu “Hürriyet” qəzeti öz mənbələrə istinadən yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Tel-Əvivin Qəzza zolağında siyasətinin kəskinləşməsi səbəbindən İsrailə səfərini ləğv etdiyini açıqlamışdı. Dövlət başçısı Ankaranın nəhayət İsraillə münasibətləri normallaşdırmaq niyyətində olduğunu, lakin Tel-Əvivin “Türkiyənin xoş niyyətindən sui-istifadə etdiyini” və qarşılıqlı addımlar atmadığını vurğulayıb.

“Türkiyə hələ də İsraildən səfirini geri çağırmaq barədə qərar qəbul etməyib. Bununla belə, İsrailə bütün səviyyələrdə və İsraildən gələn bütün səfərlər hökumət tərəfindən dayandırılıb. İsrail öz qərarı ilə səfirini və baş konsulunu Türkiyədən geri çağırıb. Bunda Türkiyə tərəfdən heç bir tələb olmayıb. Türkiyə Respublikasında akkreditə olunmuş dövlət nümayəndəlikləri Türkiyə Respublikasının zəmanəti altındadır. Bu kontekstdə Ankaranın nöqteyi-nəzəri ondan ibarətdir ki, Türkiyədə kim varsa, qorunur”.

 

COP29

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv