!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə, Rusiya, İran və Suriya prezidentləri görüşə bilər

!Reklam – Yazi

Yaxın vaxtlarda Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş baş tuta bilər.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə “CNN Türk” telekanalının efirində Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması planının hazırlanmasını şərh edərkən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, iki həftə əvvəl Moskvada nazirlər səviyyəsində görüş baş tutub.

“Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək. Tezliklə, danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə belə bir görüşün baş tutacağını deyə bilərəm”, – Kalın bildirib.

Kalının sözlərinə görə, Türkiyədə seçkilərdən sonra hakimiyyətin əsas işlərindən biri suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsi olacaq və suriyalıların geri qayıtması üçün qrafik yaxın vaxtlarda tərtib olunacaq.

“Lakin bu kifayət deyil. Biz Suriya məsələsini bağlamalıyıq. Orada müharibəni dayandırmalıyıq və dünya buna öz töhfəsini verməlidir”, – o əlavə edib.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv