Türkiyə səfirliyindən “ermənilərə yardım” iddiasına CAVAB: “Sadəcə, onların ölkələrinə qayıtmaları təmin olunub”

media-hightechnic-468x90

“Türkiyə səlahiyyətliləri sadəcə 70-ə yaxın erməni vətəndaşın öz ölkələrinə qayıtmasını təmin edib”.

Yenicag.az xəbər verir ki, bu sözləri koronavirus infeksiyası ilə əlaqədar Türkiyənin Ermənistana yardım göndərəcəyi ilə bağlı iddialara münasibət bildirən Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib.

Hüseyin Altınalan mətbuatda yayılan xəbərə münasibət bildirərək, bu yardımın sadəcə insanlıq adına olduğunu vurğulayıb:

“Türk səlahiyyətliləri insani yardım olaraq, Türkiyədə yaşayan 70-ə yaxın erməni vətəndaşın Gürcüstan üzərindən öz ölkələrinə dönməsi təmin edib. Bundan başqa yardım yoxdur”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa