Türkiyə tarixində bir ilk
Türkiyəli nazir Lütfi Elvan İstanbul ilə Ankaranı birləşdirəcək mükəmməl dəmir yolu üzərində çalışdıqlarını bildirib.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, dəmir yolu vasitəsilə İstanbul və Ankara arasındakı məsafəni sadəcə 1 saat 30 dəqiqə ərzində qət etmək mümkün olacaq. Layihəyə 4.5 milyard dollar vəsait ayırmaq nəzərdə tutulur.
Bu dəmiryolu hətta təyyarənin alternativi olacağı da düşünülür. Nazir daha iki nəhəng proyektin hazırlanması barədə məlumat verib.