!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə ilə Azərbaycan arasında viza və gömrük problemləri həll edilməlidir" - Camal Yangın (VİDEO)

!Reklam – Yazi

Azərbayan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın Yenicag.az müsahibə verib. O, müsahibəsində ATİB-in yaradılmasından bəhs edib:

“Bizim Ümumilli liderimiz, mərhum prezidentimiz Heydər Əliyev mənim də iştirak etdiyim iclasda dedi ki, siz üçüncü ölkələrdə layihələr həyata keçirməlisiniz. Yəni Azərbaycan və Türkiyə vətəndaşları bir yerdə, hansısa üçüncü bir ölkələrdə çalışmalısınız. Məhz o məclisdə mərhum prezidentimin sözünü mənə verilmiş təlimat kimi qəbul etdim. Dərhal bununla bağlı lazımi addımlar atmağa başladıq. Nəticədə ATİB-lə Rusiya, Moldova, Polşa, Gürcüstan, Amerika ilə ortaq layihələr həyata keçirdik. Bu lahiyələrin bir çoxu sosial, bir çoxu gəlir gətirmə yönümlü, bəziləri isə humanitar idi”.

Camal Yangın Azərbaycanda keçirilən prezident seçkilərindən də danışıb:

“Biz Azərbaycanın daxili siyasətində yer ala bilmərik. Çünki xarici vətəndaşlarıq. Ancaq mən bu məsələlərə iqtisadi cəhətdən yaxınlaşıram. Seçkilərdən qabaqkı çıxışlarımda da mən cənab prezidentlə yola davam edilməsini xalqdan xahiş etdim. Çünki hazırki, problemlər əlli-altmış ilin problemləridir. Bu məsələlərdə dözümlü olmaq lazımdır. İqtisadiyyat axşamdan-səhərə düzələ biləcək bir məsələ deyil. Bunun üçün vaxta ehtiyac var. Məncə, Azərbaycan çox gözəl bir seçim etdi. Azərbaycanın irəli getməyinə dəstək verən xalqa minnətdaram”.

O, Azərbaycan iqtisadiyyatının inkişaf xətti ilə bağlı proqnozlarını da verib: 

“İqtisadiyyat üç əsas istiqamətdə inkişaf etdirilməlidir: sənaye, ticarət, sağlam iş həyatının qurulması. İdxalın yolunu gömrük, vergi rəqabəti ilə yox, ölkədəki istehsalı artırmaqla dəstəkləmək mümkündür. Bunun əksini etsək, inkişaf yavaşlayacaq. Biz istəyirdik ki, idxal edək və ümumi prosesi görək. Sonra daxildəki istehsalatı artıraq, daha sonra isə iş gücünü artıraq. Bu sənayenin əsas şərtidir. Ticarətin əsas şərtlərindən biri məhz azad zonaların yaradılmasıdır. Azərbaycan tranzit zonası üçün əlverişlidir. Hətta İranda embarqo qalxandan sonra, İraq və Əfqanıstandan gələn malların da dəmir yolu vasitəsilə keçməsi artıq mümkün olacaq. Ölkədə Allaha şükür hər şeyimiz var. Ancaq istehsalda əksikliklərimiz görünür.

Türkiyə Azərbaycan arasındakı kiçik problemlərin də tezliklə həll ediləcəyinə ümidli olduğunu bildirən Camal Yangın bu istiqamətdə görüləcək işlər barəsində məlumat verib:

“Keçən dəfə iclasda Türkiyənin baş naziri Binali Yıldırım dedi ki, prezidentlər səviyyəsindəki dostluğumuz, mehribançılığımız aşağılarda görünmür. Mən bunu meydanda da görürəm. Xarici ticarət payımız azalıb 5 milyard dollardan 1,7 milyarda düşdü. Biri bunun hesabatını verməlidir ki, axı bu niyə belə olur? Cavabı çox sadədir. Türkiyədən gələn mallara gömrük faizi var, Rusiya mənşəli mallara isə yox. Azərbaycan Türkiyə arasında sərbəst ticarət müqaviləsi bağlamaq ərəfəsindədir. Bundan sonra xarici ticarətdəki zəiflik yüksələcək. Bizim aramızda çox xırda da görünsə, vətəndaşları narahat edən viza problemimiz var. Mən istəyirəm ki, Azərbaycana turist gəlsin. Bura birinci Türkiyə vətəndaşı səfər etməlidir. Quru yolu ilə gələndə viza almalıdır deyə, gözləyirlər”.

COP29

www.yenicag.az

2586
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv