Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə və Rusiya arasında Qarabağ danışıqları: Birgə monitorinq mərkəzi qurulur - VİDEO

Reklam: High Technic

Türkiyə-Rusiya birgə atəşkəs monitorinq mərkəzi ilə bağlı tərəflər arasında görüşlər tamamlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən monitorinq mərkəzinin fəaliyyətə başlaması ilə bağlı lazımi işlərin görüldüyü bildirilib.

“Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədi ilə noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

www.yenicag.az

764