!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Suriya liderlərinin mümkün GÖRÜŞÜ: Prosesi sabotaj etmək istəyən hansı qüvvələrdir?

!Reklam – Yazi

“Ümumiyyətlə, Türkiyə ilə Suriya arasında danışıqları artıq bərpa etmək və müəyyən mənada irəliləyişlər həyata keçirmək lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, Türkiyə və Suriya liderlərinin yaxın perspektivdə mümkün görüşü ilə bağlı yayılan informasiyaları şərh edib.

Politoloqun sözlərinə görə, bu gün Türkiyə ilə Suriya arasında münasibətlərin bərpa edilməsi faktorundan ciddi şəkildə narahata olan qüvvələr var ki, onlar əsla və əsla Türkiyə ilə Suriya arasında hər hansı bir razılaşmanın əldə edilməsini istəmirlər və prosesi sabotaj etmək üçün əllərindən gələn bütün vasitələrdən istifadə edirlər:

“Son dövrlər informasiya cəbhəsində baş verən dezinformasiyalar və Türkiyənin Suriya ilə mümkün görüşü potensialına qarşı ortaya qoyulan mövqelər onu göstərir ki, Suriya ilə Türkiyə arasında əldə ediləcək razılaşmanı ciddi formada pozmaq istəyən müəyyən beynəlxalq dairələr var ki, onlar iki sərhəd və qonşu ölkə arasındakı danışıqların və keçmiş yaxşı münasibətlərin bərpasını özlərinin regionla bağlı təhlükəli planları üçün bir əngəl kimi dəyərləndirirlər”.

T.İsmayılov əlavə edib ki, Türkiyə artıq Suriya ilə barışmaq istəyir:

“Ankara administrasiyasından Dəməşqə – Bəşər Əsədə kifayət qədər pozitiv mesajlar ünvanlanıb. Həmçinin bu gün Türkiyədə kifayət qədər suriyalı miqrant var ki, onların artıq Suriyaya təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsi lazımdır. Bu proses üçün də mütləq şəkildə Türkiyə və Suriya hakimiyyətləri arasında danışıqlar bərpa edilməlidir. Hesab edirəm ki, ortaya qoyulan iradə Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasını labüd edir. Çünki həm tarixi baxımdan, həm də ölkələrarası münasibətlər kontekstində Türkiyə-Suriya münasibətlərində soyuqluq aradan qalxmalıdır və sözügedən prosesdə Türkiyə tərəfindən müsbət iradənin nümayiş etdirildiyini görürük”.

Rafi Müslümov

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv